Haqqımızda

“Azərbaycan Neyrocərrahlar Assosiasiyası” İctimai birliyi ölkəmizdə neyrocərrahiyyə elminin inkişafına və ölkə səhiyyəsinin artan tərəqqisinə töhfə vermək adına təsis edilmişdir. Birliyin əsas məqsədi ölkəmizdə səhiyyənin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, neyrocərrahiyyə sahəsində elmi araşdırmaların aparılmasına, mütəxəssislərin biliklərinin inkişaf etdirilməsinə, müasir üsullarla və yeniliklərlə bağlı marifləndirmə işinin təşkilinə yardım etmək, müvafiq sahədə məlumat və təcrübə mübadiləsinin, habelə beynəlxalq və xarici dövlətlərin tibbi və elmi təşkilatları ilə əməkdaşlığın həyata keçirilməsi, həm gənc neyrocərrahların və neyrocərrah olmaq arzusuyla çalışan tələbələrin yeni məlumatlara əlçatanlığını təmin etmək, həm də onlara motivasiya verməkdir.

13 oktyabr 2023-cü il tarixində təsis edilmişdir.

İdarə heyəti

Rövşən Xəlil-zadə

Sədr

Həkim-neyrocərrah, doktor Rövşən Xəlilzadə 1989-1995-ci illərdə Azərbaycan Tibb Universiteti Müalicə profilaktika fakultəsində, daha sonra 1995-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasında klinik ordinatura təhsili alıb.

Tural Rəhimli

Sədr müavini

Dr. Tural Rəhimli Bakıda dünyaya gəlmişdir. Orta təhsilini tamamladıqdan sonra 1999-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuş və 2005-ci ildə müvəffəqiyyətlə bitirmişdir.
Dr. Tural Rəhimli 2006-2007-ci illər ərzində Türkiyə...

Fərid Təqdirov

Həkim-neyrocərrah Fərid Təqdirov Vahid oğlu Gürcüstanda anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmiş, 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyə xəstəxanasında neyrocərrahiyə ixtisası üzrə internatura keçmişdır.